top of page

"Liverpul"dan yeni rekord qeydə alınıb!


"Liverpul" bir mövsümdə vurulan qol sayına görə klub tarixinin yeni rekordunu müəyyənləşdirib.

90plus.az "Opta"ya istinadən xəbər verir ki, komanda buna ötən gün Çempionlar Liqasının yarımfinalında "Vilyarreal"la cavab görüşündə 3:2 hesabı ilə qalib gəlməklə (ilk oyun - 2:0) nail olub. Nəticədə "mersisaydlılar" 2021/22 mövsümündə vurduqları qolların sayını 139-a çatdırıblar. Bu isə klub tarixinin rekord göstəricisidir.


"Liverpul" 2021/22 mövsümündə bütün yarışlarda ümumilikdə 57 matç keçirib.

Qeyd edək ki, "Liverpul" ÇL-in finalında "Real" - "Mançester Siti" cütünü qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-i Parisdəki "Stade de Frans" arenasında oynanılacaq.

0 comments
bottom of page