top of page

“Liverpul” Kloppla təmtəraqlı paradda sağollaşacaq


"Liverpul" rəhbərliyi baş məşqçi Yurgen Kloppun şərəfinə parad təşkil etmək niyyətindədir. 


90plus.az "The Telegraph"a istinadən xəbər verir ki, bir ay əvvəl Yurgen Klopp 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını açıqladığı üçün klub onunla təmtəraqlı sağollaşmaq istəyir.

Bundan başqa Mersisayd təmsilçisinin rəhbərliyi azarkeşlərin alman çalışdırıcı ilə vidalaşmaq üçün tam imkana malik olmasını istəyir.


Klopp 8 oktyabr 2015-ci ildə "Liverpul"un baş məşqçisi təyin edilib. Onun rəhbərliyi altında komanda UEFA Çempionlar Liqası, Premyer Liqa, FA Superkuboku, FIFA Klublararası Dünya Çempionatı, İngiltərə Kuboku, Liqa Kuboku və UEFA Super Kubokunun qalibi olub.

0 comments
bottom of page