top of page

"Liverpul" "Mançester Yunayted"i 7 topluq fərqlə məğlub etdi


İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub.

90plus.az xəbər verir ki, turun mərkəzi matçı son oyun gününə təsadüf edib.


"Liverpul" öz meydanında "Mançester Yunayted"i qəbul edib. Oyunda gözlənilməz nəticə qeydə alınıb. Mersisayd təmsilçisi "Enfild" stadionunda keçirilən qarşılaşmada 7 cavabsız qolla qələbə qazanıb.

"Liverpul" - "Mançester Yunayted" - 7:0

Qollar: Qakpo, 43, 50, Nunyes, 47, 75, Salah, 66, 83, Firmino, 88

Bu qələbə ilə xallarını 42-yə çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. 49 xalı olan "Mançester Yunayted" isə 3-cü sırada qərarlaşıb. Turnir cədvəlinə 63 xalla "Arsenal" başçılıq edir.

0 comments
bottom of page