top of page

"Liverpul"mu "Man Siti"mi?


Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək. 90plus.az xəbər verir ki, çempionluq uğrunda "Mançester Siti" və "Liverpul" mübarizə aparır. Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə "Aston Villa" (45 xal, 14-cü yer) ilə qarşılaşacaq. Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı "Liverpul" isə "Vulverhempton"u (51 xal, 8-ci yer) qəbul edəcək. "Çelsi" isə 71 xalla 3-cü pillədə qərarlaşıb.

22 may 19:00. "Mançester Siti" - "Aston Villa" 19:00. "Liverpul" - "Vulverhempton"

0 comments
bottom of page