top of page

“Liverpul”un baş məşqçi işi həll oldu!


“Liverpul” Arne Slotun “Feyenoord”un baş məşqçi postunu vaxtından əvvəl tərk edəcəyinə görə təzminatla bağlı razılığa gəlib.


90plus.az xəbər verir ki, Slot bu mövsümün sonunda mersisaydlılara rəhbərlik edəcək.


Slotun “Feyenoord” ilə cari əmək müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.


45 yaşlı mütəxəssis 2021-ci ilin yayından Niderland klubunda çalışır, onun rəhbərliyi altında “Feyenoord” 145 matçda 94 dəfə qalib gəlib, 27 dəfə heç-heçə edib, 24 dəfə isə məğlub olub.


Qeyd: İngiltərə komandasının hazırkı baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda postunu tərk edəcək.




0 comments
bottom of page