top of page

Lunyov: “Bütün Rusiya klublarına qarşı əsl mübarizə aparardıq”


"Qarabağ”ın qapıçısı Andrey Lunyov ”Qarabağ”ın Rusiyanın istənilən klubu ilə oynamaq gücündə olduğunu deyib.


90plus.az xəbər verir ki, “İzvestiya” nəşrinə açıqlamasında öz komandasını Rusiya klunlarından daha mübariz adlandırıb:


“Qarabağ”ın bu mövsüm ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off matçlarını götürsək, o zaman düşünürəm ki, istənilən Rusiya Premyer Liqa klubu ilə asanlıqla oynaya bilərdik. O başqa sualdır ki, nəticə necə olardı. Amma bütün Rusiya klublarına qarşı əsl mübarizə aparardıq. Əgər oynadığımız futbola baxmısınızsa, başa düşəcəksiniz ki, bunu bacararıq”.

0 comments
bottom of page