top of page

Lunyov: “Rəqibin elə də çox şansı olmadı”

“Bu gün yaxşı oyun keçirdik. Düzdür, xeyli qol şansımız olsa da, yalnız birindən istifadə etdik. Əsas odur ki, 3 xal qazandıq”.


90plus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda “Molde”yə qalib gəldikləri matçı (1:0) şərh edərkən deyib.


Rusiyalı qolkiper öz çıxışını belə dəyərləndirib: “Rəqibin elə də çox şansı olmadı. Düzdür, oyun praktikam bir qədər azdır., lakin ümumi olaraq çıxışımı mormal qiymətləndirərdim”.

O, xeyli qol epizodlarını boşa vermələrinin səbəbini söyləməkdə çətinlik çəkib: “Ola bilər ki, bəzi epizodlarda konsentrasiya çatmadı. Yaxud ani qərar qəbul etmək mümkün olmadı. Rəqib qapıçının yaxşı çıxış etdiyini də deməliyəm”.

Andrey Lunyov rəqibin onları heç nə ilə təəccübləndirmədiyini vurğulayıb: “Molde”nin oyununu təhlil etmişdik. Prinsipcə, onlar bizi heç nə ilə təəccübəndirmədilər. Elə gözlədiyimiz futbolu da sərgilədilər”.

“Qarabağ”ın qapıçısı komandasının qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Əgər növbəti oyunlarda da bugünkü kimi oynasaq, qrupdan çıxmağımız mümkündür. Hər şey özümüzdən asılıdır”. 



0 comments

コメント


bottom of page