top of page

“Lunyov xaricdə çıxış edən ən yaxşı qapıçımızdır” - Rusiyalı qapışı məşqçisi


Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Qarabağ”ın futbolçusu, Azərbaycan çempionu ilə uğurlu mövsüm keçirən Andrey Lunyovun yığmaya çağırılacağını deyib.


90plus.az championat.com-a istinadən xəbər verir ki, Kafanov Lunyovun xaricdə oynayan ən yaxşı rusiyalı qapıçı olduğunu vurğulayıb:


“Andrey “Qarabağ”a keçdiyi gündən ardıcıl yaxşı oyunlar keçirir. Elə bir matç olmayıb ki, hansısa kobud səhvə yol versin və komandası buna görə xal itirsin. Azərbaycan çempionatında və avrokuboklardakı çıxışı ilə komandasının uğurlarına kömək edir. Avropa arenasında 37 “seyv” edib ki, bu da çox yüksək göstəricidir. Komandanın qrupdan çıxmasında və 1/8 finala yüksəlməsində böyük əməyi var. Fikrimcə, bu, Andreyin karyerasının ən yaxşı dövrdür”.


Mütəxəssis Andrey Lunyov yenidən Rusiya millisinə çağırılması barədə isə bunları söyləyib:


"Noyabr ayında Andrey Kuba ilə oyundan əvvəl təlim-məşq toplanışı üçün siyahıda idi, lakin oyundan iki həftə əvvəl zədələndi. Andrey martdakı təlim-məşq toplanışı üçün milliyə çağırıla bilər”. 


Rusiya yığması martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla yoxlama oyunu keçirəcək.


Qeyd: Andrey Lunyov 2017-2018-ci illərdə Rusiya millisinə çağırılıb və 7 oyunda iştirak edib, 14 qol buraxıb.

Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində Almaniyanın “Bayer” klubundan keçib.







0 comments

Comments


bottom of page