top of page

Məşhur məşqçi klub prezidenti oldu!


Portuqaliyalı məşhur futbol məşqçisi Andre Villaş-Boaş “Portu”nun prezidenti olub.


90plus.az xəbər verir ki, Villaş-Boaş 2028-ci ilədək kluba başçılıq edəcək.


46 yaşlı mütəxəssis 2010-2011-ci illərdə “Portu”nun baş məşqçisi olub. Onun məşqçilik karyerasındakı sonuncu komandası Fransanın “Marsel”i olub.


Daha öncə o, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay Port”, və “Akademika”nın sükanı arxasında olub.


Qeyd: Andre Villaş-Boaş dünyanın ən reytinqli işsiz məşqçiləri siyahısında yer almışdı.

0 comments

Comments


bottom of page