top of page

“Məni sevən insan Messiyə nifrət etməsin” Kristiano Ronaldo

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo sevənlərinə səslənib!


90plus.az Goal-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Al Nassr" klubunda çıxış edən Ronaldo Messi ilə münasibətindən danışıb:


"Məni sevən insanın Messiyə nifrət etməsinə ehtiyac yoxdur. 15 ildir eyni səhnəni paylaşırıq.  Dost olduğumuzu demirəm, amma bir-birimizə hörmət edirik. Rəqabət yaxşı idi - tamaşaçıların xoşuna gəldi. Aramızda olan rəqabət insanlar üçün əyləncəli idi. Bir-birimizə hörmət edirik. İndi Səudiyyə Ərəbistanındayam, Messi də Amerika. Biz yaxşı iş görürük”.

0 comments

コメント


bottom of page