top of page

Mahir azyaşlı polşalını sevindirib!


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı yeni il öncəsi azyaşlı azarkeşlərini sevindirib.


90plus.az ın məlumatına görə, klubun fanşopunda Varşava təmsilçisinin bir neçə oyunçusu ilə görüşən uşaqlar əyləncəli vaxt keçiriblər.

Futbolçuların arasında Emreli də olub. Fanatların suallarını cavablandıran 24 yaşlı forvard onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.



0 comments
bottom of page