top of page

Mahir Emreli zədəsini sağaltdı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb.


90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor”da forma geyinən Emreli zədədən sonrakı bərpa dönəmini artıq geridə qoyub.


O, tezliklə komanda ilə birlikdə məşqlərə başlayacaq. Mahirin “Konyaspor”un “Ümraniyespor”la qarşıdakı oyununa tam hazır olacağı gözlənilir.


Emreli Türkiyə Super Liqasının “Qalatasaray”la oyununda zədələndiyi üçün Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələ matçlarında iştirak edə bilməyib.


“Ümraniyespor” – “Konyaspor” matçı aprelin 2-də keçiriləcək.



0 comments
bottom of page