top of page

Mahir Emrelinin "Dinamo"su Kiyev klubuna qarşı!


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya) bu gün Ukrayna “Dinamo”su (Kiyev) ilə xeyriyyə oyununa çıxacaq.

90plus.az xəbər verir ki, “Maksimir” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.




Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Hazırda ölkələr arasında müharibə davam edir.

Xatırladaq ki, Mahir Emreli fevral ayında “Dinamo” (Zaqreb) ilə 4,5 illik müqavilə imzalayıb. O, Xorvatiya çempionatında çıxdığı 8 matçda 2 qol vurub. Ötən gün 24 yaşlı hücumçunun zədələndiyi açıqlanıb.

0 comments
bottom of page