top of page

Mahir Emrelinin klubunun avrokubok oyununu Əliyar Ağayev idarə edəcək!


Azərbaycanın FIFA referisi Əliyar Ağayev Mahir Emrelinin də çıxış etdiyi beynəlxalq oyuna təyinat alıb.


90plus.az xəbər verir ki, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.


Qeyd: martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.

0 comments

Comments


bottom of page