top of page

Mahir Emrelinin "Zaqlembe"dən tələb etdiyi maaş

Polşanın "Zaqlembe" klubu "Qarabağ"ın futbolçusu Mahir Emreliyə sərfəli müqavilə təklif edib.

"90plus.az" xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Kozminski özünün tvitter hesabında yazıb.

Həmkarımız Emreliyə təklif olunan məbləği göstərməsə də, 25 yaşlı hücumçunun qarşı tərəfdən illik 200 000 avro məvacib istədiyini iddia edib.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var.

0 comments
bottom of page