top of page

Mahir Zaqrebdə vacib turnirdə cüdoçularımızın yanında!


"Dinamo Zaqreb”in azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiyada (Zaqrebdə) keçirilən Avropa çempionatında Azərbaycan cüdoçularına dəstəyini nümayiş etdirib.


90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü ötən gün cüdoçuların yarışlarını izləyib.


O, “Dinamo"nun formasını üçqat Avropa çempionu Hidayət Heydərova hədiyyə edib.

Qeyd: Bu gün millimizdən üç cüdoçu tatamiyə çıxacaq: 3qat Avropa çempionu Hidayət Heydərov (73 kq); Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81). Saat 12:00-dan görüşlər başlayıb.




0 comments

Recent Posts

See All
bottom of page