top of page

Mahirin klubu La Liqa təmsilçisini məğlub etdi!


Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu İspaniya "Betis"i ilə səfərdə keçirib.


90plus.az xəbər verir ki, "Dinamo" La Liqa komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu isə 75-ci dəqiqədə penaltidən Bruno Petkoviç vurub.

Mahir Emreli zədə səbəbindən bu oyunda iştirak etməyib:


Betis 0-1 Dinamo Zaqreb

Petkovic 75'


Qol:


Qeyd: "Dinamo" ilə "Betis" arasında cavab görüşü fevralın 22-də oynanılacaq.

0 comments
bottom of page