top of page

“Mançester Siti”ni “Ayaks”a dəyişdi

“Mançester Siti”nin hücumçusu Karlos Borges karyerasını Niderlandda davam etdirəcək.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı forvard “Ayaks”a keçmək üçün tibbi müayinəni uğurla tamamlayıb. Bu gün onun təqdimat mərasiminin keçirilməsi gözlənilir.


Portuqaliyalı futbolçu “şəhərlilər”in əsas komandasında bir dəfə də olsun forma şansı qazana bilməyib. O, əvəzedicilərdən ibarət komandanın heyətində 38 oyunda 26 qol vurub və 13 məhsuldar ötürmə edib.

0 comments

Comments


bottom of page