top of page

"Mançester Siti"nin oyunçusu 2 həftəlik sıradan çıxdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva zədələnib.


90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Srvena Zvezda” ilə oyununda (3:1) sıradan çıxıb və matçın 44-cü dəqiqəsində əvəzlənib.


Məlumatda bildirilir ki, portuqaliyalı futbolçu ən az iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Pep Qvardiolanın komandası növbəti turda “Leyptsiq”in qonağı olacaq. Qarşılaşma oktyabrın 4-də baş tutacaq.



0 comments

Comments


bottom of page