top of page

“Mançester Siti” Nunes üçün ikinci dəfə təklif göndərəcək

“Mançester Siti” “Vulverhempton”un futbolçusu Mateus Nunesi transfer etməkdə israrlıdır.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” öncədən qarşı tərəfin rədd etdiyi 54 milyon avroluq birinci təklifi artırmağı düşünürlər.


“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 24 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Portuqaliyalı oyunçu da Mançester təmsilçisinə qoşulmağı arzulayır.


Nunes 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 41 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

0 comments

Recent Posts

See All

Comments


bottom of page