top of page

"Man Siti" yarımmüdafiəçisi ilə yeni müqavilə danışıqlarını dayandırdı

“Mançester Siti” yarımmüdafiəçi Kevin de Bruyne ilə yeni müqavilə ilə bağlı danışıqları müvəqqəti dayandırıb.


90plus.az “Daily Star”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bud nahiyəsindən aldığı zədədən sağalana qədər danışıqlar təxirə salınıb. Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


Belçikalı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.


De Bruyne bu mövsüm “şəhərlilər”in heyətində iki oyun keçirib, bir məhsuldar ötürmə edib. O, 2015-ci ildən “Mançester Siti”də çıxış edir.



0 comments

Comments


bottom of page