top of page

“Man Yunayted” bu qış hücumçu transfer etməyəcək!


"Mançester Yunayted" bu qış yeni hücumçu transfer edə bilməyəcək.


90plus.az "Manchester Evening News"a istinadən xəbər verir ki, baş məşqçi Erik Ten Haq bu barədə deyib:


"Mən variantları nəzərdən keçirmişəm, lakin bizim maliyyə feyr-pley qaydalarına riayət etmək imkanımız yoxdur. Hücumçu çatışmazlığı ilə bağlı heç nə edə bilmirik. Əlbəttə ki, hücumçu kimi oynaya bilən Reşfordumuz var. Düşünürəm ki, bizim bir neçə başqa yaradıcı alternativimiz də var”.


21 turdan sonra "Mançester Yunayted" 32 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

0 comments

Comments


bottom of page