top of page

“Mançester Siti”ni məğlub etmək çox çətindir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin “Mançester Siti” ilə matçından sonra (0:1) açıqlama verib.


90plus.az BBC-yə istinadən xəbər verir ki, o, görüşün gərgin keçdiyini dilə gətirib:


“Çox məyusam. Məncə, bu matçda daha çox şey edə bilərdik. Gərgin oyun oldu. Bir qol hər şeyi dəyişdi. Yaxşı qol şanslarımız oldu. “Mançester Siti” ilə oyundan çox nəticə çıxara bilərik. Onları məğlub etmək həqiqətən, çətindir. Biz onlarla bərabər səviyyədə mübarizə apardıq”.


“Mançester Siti”yə məğlub olan “Arsenal” İngiltərə Federasiya kubokunda mübarizəni dayandırıb.

0 comments
bottom of page