top of page

“Mançester Yunayted” “Bayern Münhen”in futbolçusunu transfer etdi

"Mançester Yunayted"  rəsmi saytı vasitəsi ilə heyətini yeni oyunçu ilə gücləndirdiyini açıqlayıb.


90plus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Bayern Münhen"in yarımmüdafiəçisi Marsel Zabitseri cari mövsümün sonuna qədər icarəyə götürüb.


Məlumata görə, Zabitserin daimi əsasda transfer edilməsi nəzərdə tutulmayıb. İcarə müqaviləsi başa çatandan sonra futbolçunun Münhen klubuna qayıdacağı vurğulanıb.


Qeyd edək ki, "Bayern" Zabitseri 2021-ci ilin yayında, 15 milyon avro qarşılığında  "RB Leyptsiq" klubundan alıb.

0 comments
bottom of page