“Mançester Yunayted” "Brentford"un futbolçusu Kristian Eriksenə təklif göndərib.
9"Daily Mirror"a istinadən xəbər verir ki, klub danimarkalı yarımmüdafiçiyə 1+1 illik müqavilə təklif edib.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Brentford"da çıxış edir. O, komandanın heyətində 10 oyunda 1 qol vurub, 3 qolun ötürməsini verib. Oyunçunun klubla müqaviləsi bu ayın sonu başa çatır.