top of page

Maradonanın “Qızıl Top”u tapılıb, satılır…


1986-cı il dünya çempionatının ən yaxşı oyunçusu adına layiq görülən Argentina millisinin əfsanəsi Dieqo Maradonanın "oğurlanmış" "Qızıl top" kuboku tapılıb və hərraca çıxarılacaq.


90plus.az xəbər verir ki, açıq satış iyunun 6-sı Fransada reallaşacaq.


2022-ci ildə Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu top hərracda 2 milyon funta satılıb.


Bundan başqa, həmin il argentinalının matç zamanı geyindiyi forma 9,28 milyon dollara öz sahibinə qovuşub.


Mənbə: BBC


0 comments

Recent Posts

See All
bottom of page