top of page

“Maraqlı xatirələr çoxdur” Samir Abasov


Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən "Sumqayıt" - "Neftçi" oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

90plus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...


- Rəqibi təbrik edirəm. Kubokda ilk oyun üçün kifayət qədər maraqlı və gərgin oyun oldu. Futbolçularımı təbrik edirəm, ikinci hissə yaxşı oynadılar. İki fərqli hissə oldu. 0:3-dən sonra sınmadıq. Əfsuslar olsun ki, rəqibin 3-cü qolunda top çıxmışdı. Qarşıda bir oyunumuz olacaq. Bu matçı öz yeni meydanımızda oynayacağıq. Ümid edirəm ki, azarkeşlər üçün də maraqlı oyun olar.

- İlk hissədə nə çatmadı?

- Orta xətti əldən verdik. Əslində, belə təzyiqi gözləyirdik. Oyunlarımız təzyiq altında keçir və buna hazır idik. Yarımmüdafiəni əldən verdik, təzyiqdən çıxa bilmədik. Həm də, oyunumuzu rəqibin cərimə meydançasında qura bilmirdik. Səbəblər bunlar idi.

- Demək olar, bugünkü matç "Kapital Bank Arena"da son oyun oldu. Sizin üçün burada unudulmaz xatirə hansıdır?

- İndi oyuna köklənmişdim, xatırlamaq çətin oldu. "Qarabağ"la kubok oyunu var idi, mərhələni keçmişdik. Ümumiyyətlə, burada maraqlı xatirələr çoxdur. Hansısa oyunu seçmək üçün vaxt lazımdır. (futbolpress.az)

0 comments
bottom of page