top of page

Mariya Stadnik olimpiadaya lisenziya qazana bilmədi


Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.


90plus.az xəbər verir ki, 35 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub olub.

Onqat Avropa və ikiqat dünya çempionu olimpiadaya lisenziya yolunda ukraynalı Oksana Livaça uduzub. 26 yaşlı Avropa çempionu təmsilçimiz üzərində 4:2 hesablı qələbə qazanıb.


Qeyd: Daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) da təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.

0 comments

Comments


bottom of page