top of page

“Marta hələ çox var. O vaxta qədər yaşamaq lazımdır”- Rövnəq Abdullayev

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan 3 - 0 İsveç oyunu barədə danışıb.


90plus.az xəbər verir ki, qurum rəhbəri milli komandamızın Avro-2024-ün seçmə mərhələsində İsveçi 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra jurnalistlərə açıqlama verib:


“Azərbaycan futbolunun ən vacib oyunlarından biri idi. Futbolçularımızı təbrik etdim, sizləri də təbrik edirəm. Axır ki futbolçularımız bizi sevindirdilər. Komandamız çox gözəl qələbə qazandı. İnanıram ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq. Hazırda milli çempionatımız da çox maraqlı keçir. Liderlə autdayder arasında ciddi fərq yoxdur. Hər komanda digərindən xal ala bilir. De Byazinin fatihəsini verincə ona uğurlar arzulayaq. İstərdik ki, millimiz Belçikaya qarşı da bu cür istəkli oynasın”.


R.Abdullayev martda keçirilməli olan AFFA prezidentliyinə seçkilər barədə də danışmayıb: “Marta hələ çox var. O vaxta qədər yaşamaq lazımdır”.

0 comments
bottom of page