top of page

Mbappe: “Mən Ronaldonu sevirəm, lakin…”

PSJ-nin hücumçusu Kilian Mbappe “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo və “İnter Mayami”nin üzvü Lionel Messiyə münasibətindən danışıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe hər iki futbolçunu bəyəndiyini bildirib:


“Mən Ronaldonu sevirəm və uşaqlıqda onun böyük pərəstişkarı idi. Lakin sonradan Messinin oyununu öyrənməyə başladım, çünki sən Ronaldonun gənc fanatı olanda Messinin nə qədər yaxşı olduğunu başa düşə bilməzsən. Amma mən böyümüşəm və indi hər ikisini bəyənirəm”.


24 yaşlı fransalı futbolçu 2021-2023-cü illərdə PSJ-də Messi ilə birlikdə çıxış edib. O, bu mövsüm Fransa klubunun heyətində 4 oyun keçirib və 7 qol vurub.



0 comments

Comments


bottom of page