top of page

Mbappe “Real”dan 70 milyon avro maaş + imza bonusu istəyir


Kilian Mbappe transfer üçün "Real Madrid"dən ildə 70 milyon maaş, 125 milyon da imza bonusu istəyir.


90plus.az "BİLD" və "ESPN"ə istinadən xəbər verir ki, "Real Madrid" növbəti “Qalaktikos” üçün Mbappeni istəyir, lakin kral klubunun təklifi Mbappenin tələblərinə yaxın belə deyil.

Hazırda madridlilər yanlız bu məbləğin yarısını ödəmək fikrindədirlər.

“Real Madrid” Kilian Mbappeyə Vinisius və Cud Bellinqemdən daha çox maaş vermək istəmir.


Qeyd: "Real Madrid” Vinisius və Bellinqemə ildə 10,5 milyon avro ödəyir.


"Real"ın masada illik 35 milyon maaşlıq təklifi var. Lakin bu, Mbappe-nin istədiyi məbləğlə müqayisə olunmaz dərəcədə aşağıdır.

Bundan əlavə, "Real Madrid" fransızdan "yazılı zəmanət" tələb edir. Onlar bu transfer söz-söhbətinin çox uzandığını düşünürlər.


Başqa bir problem PSJ-nin Mbappeni saxlamaq istəyidir. Liqa 1 çempionları fransıza qalması üçün ildə 100 milyon ödəməyə hazırdırlar.



0 comments

Comments


bottom of page