top of page

Mbappe çoxdan “Real”la müqavilə bağlayıbmış


PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin yeni mövsümdən "Real"da çıxış edəcəyi dəqiqləşib.


90plus.az "Marca"ya istinadla xəbər verir ki, Mbappe hələ fevral ayında Madrid klubu ilə 5 illik müqavilə imzalayıb. Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.


Qeyd: Mbappe bu mövsüm PSJ-də 39 oyunda eyni sayda qol vurub, 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro olaraq dəyərləndirir.

0 comments
bottom of page