top of page

Meksikada futbolçunu öldürdülər


Boliviya millisinin sabiq müdafiəçisi Serxio Xauregi Meksikada həvəskar futbol matçı oynayarkən öldürülüb.


90plus.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu su içmək üçün yan xəttə yaxınlaşıb. Bu vaxt naməlum şəxs onun yanına qaçaraq odlu silahdan 6 dəfə atəş açaraq öldürüb.


Cinayətkar hələ ki tapılmayıb.


Qeyd: Serxio Xauregi peşəkar karyerasını 2012-ci ildə başa vurub. Veteran futbolçu 2004-2005-ci illərdə Boliviya millisinin heyətində 13 oyun keçirib. 

0 comments

Recent Posts

See All

Comments


bottom of page