top of page

Mendeş Ronaldoya "Mançester Yunayted"də qalmağı məsləhət görübmüş


Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeş oyunçuya "Mançester Yunayted"də qalmağı tövsiyə edib.

90plus.az "The Athletic"ə istinadən xəbər verir ki, agent oyunçuya komandanın baş məşqçisi Erik ten Haqiı ona tapşırdığı rolu qəbul etməyi və özünü meydanda göstərməyi məsləhət görüb.


Bildirilib ki, 37 yaşlı futbolçunun şəxsi meneceri və dost Rikardo Rejufei də eyni fikirdə olub.  Rejufei onun “Əl-Nəsr"ə transferi üçün danışıqlar aparıb. Ronaldonun transferinin mümkünlüyü ilə bağlı ən azı bir Avropa klubunun rəhbərinə şəxsən müraciət etdiyi də bildirilir.

Ronaldo dekabrın 30-da “Əl-Nəsr"lə  2025-ci ilin yayına kimi müqavilə imzalayıb. O, noyabrda qalmaqallı müsahibəsindən sonra klubdan ayrılıb.

0 comments
bottom of page