top of page

Messi azarkeşlərdən üzr istəyib


"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi Çin sosial şəbəkəsi "Weibo"da azarkeşlərdən üzr paylaşımı edib.


90plus.az xəbər verir ki, forvard “İnter Mayami” ilə Honq-Konq millisi arasında Konq-Konqda keçirilən yoldaşlıq matçında oynaya bilmədiyi üçün azarkeşlərdən belə üzr istəyib:


Çin və Honq-Konqdakı bütün azarkeşlərə və dostlara salam. Qasıq nahiyəsindən zədə aldığım üçün Honq-Konqda yoldaşlıq görüşündə oynaya bilmədim. Buna görə təəssüflənirəm və üzr istəyirəm. Zədə ağrılı idi. Məni tanıyan dostlar başa düşəcəklər ki, hər oyunda əlimdən gələni etmək istəyirəm.

Ümid edirəm ki, hələ də Honq-Konqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq. Mən də tezliklə Çinə qayıtmağı və futbol sevincini sizinlə bölüşməyi səbirsizliklə gözləyirəm".


Qeyd: argentinalının yoxluğu azarkeşlərin, eləcə də Honq-Konq və Çinin dövlət qurumlarının nümayəndələrinin kütləvi narazılığına səbəb olmuşdu

0 comments

Recent Posts

See All

Comments


bottom of page