top of page

Messi "Barselona"da nə qədər pul qazanırdı?


PSJ-nin futbolçusu Lionel Messinin 2017 - 2021-ci illərdə "Barselona"da qazandığı məbləğ müəyyənləşib. 90plus.az xəbər verir ki, "El Mundo" nəşri 34 yaşlı hücumçunun 2017-ci ildə imzaladığı müqaviləsinin detallarını üzə çıxarıb. Argentinalı forvardın 4 illik sözləşmədən qazancı 555 237 619 avro təşkil edib. Messi Kataloniya təmsilçisindən bir mövsümdə 138 000 000 avro qazanıb. Bundan əlavə, ulduz futbolçu müqavilə imzaladığı üçün əlavə 115 000 000 avro və "sadiqlik bonusu" olaraq 78 000 000 avro alıb. Beləliklə, Messi sabiq klubunda 4 il ərzində 748 000 000 avro qazanıb. "Barselona" müqavilənin detallarının mətbuata klubun sızdırmadığını və nəşri məhkəməyə verəcəyini bəyan edib

0 comments
bottom of page