top of page

Messi bu göstəricidə Ronaldoya çatdı

Argentina millisinin üzvü Lionel Messi yığmanın heyətində böyük turnirlərdə 22-ci qolunu vurub.


90plus.az xəbər verir ki, 35 yaşlı hücumçu bu gün DÇ-2022-nin 1/8 finalında hazırda davam edən Avstraliyaya qarşı matçda fərqlənib. Bu, onun millinin heyətində böyük turnirlərdə 22-ci qolu olub. Ümumilikdə Messi dünya çempionatlarında 9, Amerika kubokunda isə 13 qol vurub.


Lionel böyük beynəlxalq yarışlarda qol sayına görə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya çatıb. 37 yaşlı forvard Avropa çempionatında 14, mundiallarda isə 8 qola imza atıb.


Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisində oynayır.



0 comments
bottom of page