top of page

Messi ilin ən yaxşı idmançısı seçildi

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı seçilib.


90plus.az xəbər verir ki, səsvermədə dünyanın 113 ölkəsindən 420 jurnalist iştirak edib. Messi respondentlərin 962 (25,45%) səsini toplayıb.  Armand Duplantis (atletika, 373 səs) 2-ci olub. PSJ-nin və Fransa millisinin oyunçusu Kilian Mbappe (366 səs) 3-cü pillədə qərarlaşıb.


Xatırladaq ki, Messi bu il Argentina millisinin tərkibində dünya çempionu olub.

0 comments
bottom of page