top of page

Messi PSJ-də 3 oyun oynamayacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi komandanın qarşıdakı 3 oyununu buraxacaq.


90plus.az xəbər verir ki, Argentina millisinin kapitanı çempionatın 2, ölkə kubokunun isə 1 matçında iştirak edə bilməyəcək.


Yığma ilə Qətərdə dünya çempionluğunu qazanan 35 yaşlı oyunçuya məşqçilər korpusu istirahət üçün vaxt verib. Ulduz futbolçu yanvarın 3-də Fransaya qayıdaraq məşqlərə başlayacaq. Messi Liqa 1-də “Strasburq” (28 dekabr) və “Lans” (1 yanvar), eyni zamanda, ölkə kobokunda “Şatoru” (6 yanvar) ilə görüşü buraxacaq.


Qeyd edək ki, PSJ 15 turdan sonra 41 xalla Fransa çempionatına başçılıq edir.

0 comments
bottom of page