top of page

Messinin qolu PSJ-yə qələbə qazandırdı

Fransa 1-ci Futbol Liqasının (Liqa 1) lideri Paris Saint-Germain (PSJ) öz meydanında "Tuluza"nı 2:1 hesabı ilə məğlub edib.


90plus.az xəbər verir ki, Liqa 1-in 22-ci həftəsinin açılış matçında PSJ "Park des Princes"də "Tuluza"nı qəbul edib.


Kilian Mbappe, Neymar və Serxio Ramos kimi ulduzların zədə səbəbindən meydana çıxmadığı mübarizədə meydan sahiblərinə 2:1 hesablı qələbə qazandıran qolları 38-ci dəqiqədə Əşrəf Hakimi və 58-ci dəqiqədə Lionel Messi vurub.


“Tuluza”nın qolunu 20-ci dəqiqədə Branko van den Bumen vurub.


Qeyd edək ki, bu nəticə ilə xalını 54-ə çatdıran lider PSJ ən yaxın izləyicisi, bir matç buraxan "Olimpik Marsel"lə xal fərqini 8-ə çatdırıb.


Beş həftə sonra məğlub olan “Tuluza” 29 xalla 12-ci pillədə qərarlaşıb.



0 comments
bottom of page