top of page

Messi “The Best” mərasiminə gəlmir


"İnter Mayami"nin futbolçusu Lionel Messi bu günkü "The Best FİFA Football Awards" mükafatlandırılma mərasimində olmayacaq.


90plus.az "Sportbible"a istinadən xəbər verir ki, argentinalı hücumçu ən yaxşı oyunçu nominasiyasında yer almasına baxmayaraq, qala gecəsi üçün Londona getməyib. 


Bu məlumat mediada Erlinq Haalandın mükafatı Lionel Messi və Kilian Mbappe üzərində qazana biləcəyi ilə bağlı şayiələr yayıldıqdan sonra ortaya çıxıb.


Qeyd: mərasim Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

0 comments

Recent Posts

See All

Comments


bottom of page