top of page

"Messi və Ronaldo ilə eyni səviyyədə idim"

"Adana Demirspor"un futbolçusu Mario Balotelli özünü Cristiano Ronaldo ("Mançester Yunayted") və Lionel Messi (PSJ) ilə müqayisə edib.

90plus.az xəbər verir ki, 31 yaşlı hücumçu "The Atletic"ə açıqlamasında deyib:


"Onlarla eyni səviyyədə olmaq üçün bir neçə fürsəti əldən verdim. Amma yüz faiz əminəm ki, ustalıq baxımından Messi və Ronaldo ilə eyni səviyyədə idim. Bununla belə, bütün şansları əldən verdim. Hazırda da eyni səviyyədə olduğumu deyə bilmərəm. Heç kim özünü Messi və Ronaldo ilə müqayisə edə bilməz. Ancaq konkret olaraq futbol bacarıqları haqqında danışsaq, düzünü desəm, onlara həsəd aparmıram".


Qeyd edək ki, Balotelli karyerası ərzində "İnter", "Mançester Siti", "Milan", "Marsel" kimi klublarda da oynayıb. O, ötən ildən "Adana Demirspor"da çıxış edir.

0 comments
bottom of page