top of page

Messili Mayami klubu KONKAKAF-da yolun sonuna gəldi


KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında Meksika klubu “Monterrey” Leo Messinin çıxış etdiyi “İnter Mayami”ni məğlub edib.


90plus.az xəbər verir ki, ilk oyunda rəqibini 2:1 hesabı ilə üstələyən ev sahibi "Monterrey" cavab oyununda da qələbə qazanıb, yarımfinala adlayıb. “İnter Mayami" isə turnirdə mübarizəni dayandırıb:


Monterrey 3 - 1 İnter Mayami

Brendon Vaskes 31’

Germa Berteram 58’

Xesus Qallardo 64’

Dieqo Qomez 85’


Qeyd: “İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi cavab oyununda meydana start heyətdə çıxıb və komandasının yeganə qolunun ötürməsini edib.


0 comments

Comments


bottom of page