top of page

“Messinin olması bizim üçün rahatlıqdır” - Rodriqo de Paul

"Atletiko"nun və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul milli komanda yoldaşı Lionel Messi haqqında fikirlərini bölüşüb.


90pxəbər verir ki, 28 yaşlı "Fox Sports"a açıqlamasında belə deyib: 


"Mən bilirəm ki, o, milli komandada daxilən çox əziyyət çəkib, çünki daim təzyiq altında olub. Amma kənardan həmişə sakitdir və bu, bizə rahatlıq bəxş edir. Yəni yaşadığı təzyiqlərə baxmayaraq, zahirən sakit olması ilə bizə də rahatlıq aşılayır". 


Messi və de Paul Argentina millisinin heyətində son dünya çempionudur. Yeddi matçda 7 qol vuran 35 yaşlı Messi DÇ-2022-nin ən yaxşı oyunçusu kimi tanınıb.

0 comments
bottom of page