top of page

Messinin çempionluğuna cizgi filmi çəkiləcək

Argentina millisinin və PSJ-nin futboçusu Lionel Messinin yığma ilə DÇ-2022-ni qazanması barədə cizgi filmi çəkiləcək.


90plus.az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.Cizgi filmi 35 yaşlı hücumçunun Qətərdəki çempionluq hekayəsindən bəhs edəcək. Artıq Messi cizgi filminin çəkilməsi üçün "Sony" şirkəti ilə razılaşıb. Cizgi filmində Messi sayəhətə gedərkən problemlərlə qarşılaşan bir uşaq kimi təsvir olunacaq. 


Animasiya serialı daha çox uşaqlara yönələcək.


Qeyd edək ki, Argentina millisi ötən ilin dekabrında DÇ-2022-nin finalında Fransanı məğlub edərək (3:3, penaltilər seriyası - 4:2) dünya çempionu olmuşdu. Messi isə mundialın ən yaxşı futbolçusu seçilib.

0 comments
bottom of page