top of page

Messinin özəl gündən qalan salfeti satılır: 375 min dollara!


“İnter Mayami”nin Argentinalı ulduz hücumçusu Lionel Messinin "Barselona" ilə ilk müqaviləsini imzaladığı vaxt yanında olan salfet hərraca çıxarılıb.


90plus.az xəbər verir ki, salfetin ilkin qiyməti 300 min funt sterlinqdir. Hərrac mayın 17-dək davam edəcək.


Qeyd: Messi "Barselona"nın yetirməsidir. 2003-2021-ci illərdə Kataloniya təmsilçisi ilə 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya kubokunu və 4 dəfə Çempionlar Liqasını qazanıb.



0 comments

Recent Posts

See All
bottom of page