top of page

Messinin şəkli Argentina əskinaslarında yerləşdirilə bilər

Argentina millisinin hücumçusu Lionel Messinin şəkli DÇ-2022-nin qalibi olmalarından sonra Argentina əskinaslarında yerləşdirilə bilər. 


90plus.az xəbər verir ki, bu barədə El Financiero məlumat yayıb. Bildirilib ki, Argentina Milli Bankının rəsmiləri Argentina yığmasının Qətərdə keçirilən dünya çempionatında qazandığı tarixi nailiyyəti xatırlamaq yollarını nəzərdən keçirir.


Ehtimal edilir ki, Messinin şəkli min peso əskinasın üzərində çap olunacaq. Bu, əskinasın nominalının Argentina millisinin kapitanının oyun nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə milli komandanın baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısı yerləşdirilə bilər.


Qeyd edək ki,Lionel Messi Qətərdə keçirilən turnirdə 7 oyunda 7 qol vurub və 3 qolun ötürməsini verib. O, turnirin ən yaxşı oyunçusu seçilib.



0 comments
bottom of page