top of page

Messiyə "Futbolun əsası" mükafatı verildi

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messiyə xüsusi mükafat təqdim olunub.


90plus.az xəbər verir ki, bu barədə "TyC Sport" məlumat yayıb. 35 yaşlı hücumçuya Libertadores kubokunun şərəfinə Cənubi Amerika üzrə ən yaxşı oyunçu - "Futbolun əsası" mükafatı verilib. Forvarda onu CONMEBOL-un prezidenti Alehandro Dominqes təqdim edib.


Həmçinin mərasim zamanı Messi özünün şərəfinə qurulan heykəllə də tanış olub. 

Qeyd edək ki, Messi ötən il Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib.



0 comments
bottom of page