top of page

Meydana axışan azarkeşlərin sevinci gözündə qaldı


Ötən gecə Hollandiya 2-ci Liqasında ( Ereste Diviziya) maraqlı hadisə yaşanıb.


90plus.az xəbər verir ki, "Roda" klubunun azarkeşləri üst liqaya çıxdıqlarını düşünüb bunu bayram etmək üçün meydana daxil olublar.


Ancaq digər oyunda "Groningen" 90+5-də bərabərlik qolunu vuraraq "Roda"nın üst liqaya çıxmasını əngəlləyib və azarkeşlərin bayram çılğınlığı yarıda qalıb.


Meydanın ortasında futbolçularla birgə sevinən “Roda” azarkeşləri çox məyus olub, meydanı tərk ediblər.


Qeyd: Sonuncu həftədə həlledici oyunda “Qroningen” doğma meydanda “Roda”nı qəbul edəcək. Heç-heçə və ya qələbə qazanacağı təqdirdə, “Roda” birbaşa Erediviziyaya yüksələcək. “Qroningen” qalib gəldikdə isə Erediviziyaya yüksələcək.


Mənbə: Daily Mail

0 comments
bottom of page