top of page

"Meydanda hər şeyə əl atacağıq"


"Hamımız bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da artıq. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər".


90plus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.


"Kayrat" matça çox ciddi yanaşır. Onların "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Meydanda hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm".


Qurbanov Almatı təmsilçisinin fərqli futbol sərgilədiyini sözlərinə əlavə edib: "Müdafiə futbolu oynayırlar və tez-tez əks-hücumlara çıxırlar. Biz topun sürətini artırmalıyıq. Mütləq səbrli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazırlı olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Görüş ərzində oyunun tempini qaldırmağa çalışacağıq".


Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.

0 comments
bottom of page